Şahin Mustafayev küç. 12/121
+994 (50) 459-26-16
Azərbaycan bayrağı

Xidmətlər

1

Təmir

Cihazlarınızın müntəzəm və problemsiz işləməsi həm müştəri məmnuniyyəti, həm də xidmət keyfiyyəti üçün olduqca vacibdir. Cihazlarda yaranan xırda nasazlıqlar belə, nəticələrə mənfi təsir göstərərək, həm biznesin nüfuzunu, həm də müştərinin inamını zədələyə bilər.
Məhz bu problemlərin həlli üçün diod sistemli lazer epilyasiya cihazlarının təmir, texniki xidmət və detal yenilənməsi sahəsində ixtisaslaşmış mühəndislərimizlə müştərilərə tam həll paketi təqdim edirik. Şirkətimizin əsas məqsədi cihazlarda yaranan bütün texniki problemləri aradan qaldırmaq və gələcəkdə yarana biləcək nasazlıqların qarşısını almaqdır. Bu istiqamətdə yalnız orijinal və keyfiyyətli ehtiyat hissələrindən istifadə edirik. Bizim xidmətimizdə ən böyük üstünlük cihazların zavod standartlarına uyğun şəkildə bərpasını təmin etməyimizdir.

Təhlükəsizlik və Zəmanət
Təmir sonrası bütün cihazlar test olunur və müştəriyə zəmanətlə təqdim edilir. Bizim üçün əsas prioritet təhlükəsizlik, keyfiyyət və müştəri məmnuniyyətidir.
Yalnız Orijinal və Keyfiyyətli Ehtiyat Hissələri
Cihazlarınızda istifadə olunan bütün detallar 100% orijinaldır. Bu, həm cihazın ömrünü uzadır, həm də gələcəkdə yaranacaq əlavə xərclərin qarşısını alır.
Diaqnostika və Tam Şəffaflıq
Təmirə başlamazdan əvvəl cihazda yaranan problem dəqiq diaqnostika olunur və müştəriyə ətraflı məlumat verilir. Qiymət və görüləcək işlər tam şəffaf şəkildə açıqlanır.
Sürətli və Etibarlı Xidmət
Bizim üçün vaxtınız çox önəmlidir. Cihazlar ən qısa zamanda təmir olunur və istifadəyə hazır şəkildə sizə təhvil verilir.

Xidmət əhatə dairəsi
Azcosmetics servis cihazlarının təmiri, texniki baxımı və ehtiyat hissələrinin yenilənməsi xidmətini Azərbaycanın bütün bölgələrində həyata keçirir.
Baş ofis və əsas xidmət mərkəzi
Bakı şəhəri (mərkəzi ofis və servis xidməti)
Yerində xidmət
Azərbaycanın bütün bölgələrində xidmət göstəririk. Öncədən sifariş əsasında yaxud müraciət edib qeydiyyatdan keçin səyyar servis xidmətimiz fəaliyyət göstərdiyiniz ərazidə olanda sizə məlumat verək
Harada yerləşməyinizdən asılı olmayaraq, Azcosmetics MMC sizə ən yaxın və ən sürətli texniki dəstəyi təqdim edir. İstər Bakıda, istərsə də bölgələrdə olun – biz sizin yanınızdayıq.

Ətraflı

1

Satış

Lazer epilyasiya və kosmetoloji sahə sürətlə inkişaf edir və bu istiqamətdə etibarlı tərəfdaş seçimi klinikalar, estetik mərkəzlər və gözəllik salonları üçün ən vacib məqamlardan biridir. Azcosmetics

Ətraflı

1

Tədris

Gözəllik və estetik sahəsi dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Xüsusilə lazer epilyasiya xidmətlərinə olan tələbat ildən-ilə artır və bu, mütəxəssislərə yeni iş imkanları yaradır.

Ətraflı