NexGen Dual — lazer epilyasiyası, karbon pilinq və tatu silmə prosedurları üçün nəzərdə tutulmuş çoxfunksiyalı lazer sistemidir. Cihaz 775 nm Alexandrite, 808 nm Diode və 1064 nm Nd:YAG dalğa uzunluqlarını dəstəkləyərək müxtəlif dəri tipləri və prosedur ehtiyacları üçün geniş tətbiq imkanları təqdim edir.
| Parametr | Texniki göstərici |
|---|---|
| Cihazın tipi | Lazer epilyasiya və Nd:YAG lazer sistemi |
| Model | NexGen Dual |
| İstehsalçı | KFL TECHNOLOGY Co., LTD. |
| Başlıq gücü | 1200 W |
| Bar qurğusu | Fokuslaşdırılmış, karbon linzalı |
| Spot ölçüləri | 12 × 15 mm / 12 × 20 mm / 12 × 30 mm |
| Dalğa uzunluqları | 775 nm (Alexandrite) / 808 nm (Diode) / 1064 nm (Nd:YAG) |
| Başlığın çəkisi | 320 q |
| Tatu ucluqları | 1320 nm / 1064 nm / 532 nm |
| Tatu silmə xüsusiyyəti | 1064 nm və 532 nm – çapıq izlərinin yaranma riskini azaltmağa yönəldilmiş tətbiq |
NexGen Dual uzunmüddətli və stabil iş rejimini dəstəkləmək üçün çoxmərhələli soyutma sistemi ilə təchiz olunub. Kontakt tipli adaptiv soyutma lazer tətbiqi zamanı başlığın temperaturunun idarə olunmasına kömək edir.
| Soyutma və təhlükəsizlik göstəricisi | Texniki məlumat |
|---|---|
| Kontakt soyutma | Adaptiv kontakt soyutma sistemi |
| Daxili soyutma | TEC + hava + su + yarımkeçirici soyutma sistemi |
| Su sistemi | Su sərfi, su səviyyəsi və su temperaturuna nəzarət sensorları |
| Su nasosu | DP-60 |
| Su çəninin həcmi | 7 litr |
| Davamlı iş müddəti | 24 saata qədər |
Cihazın idarəetmə sistemi istifadəçinin prosedur parametrlərini rahat şəkildə tənzimləməsinə imkan verən müasir interfeyslə təchiz olunub.
| Parametr | Texniki göstərici |
|---|---|
| Ekran | 12,1 düymlük ultrahəssas LCD ekran |
| İdarəetmə sistemi | İntuitiv istifadəçi interfeysi |
| İdarəetmə | Prosedur parametrlərinin rahat tənzimlənməsi |
Minimal xərclə artan gəlir əldə edə biləcəyiniz lazer epilyasiya cihazı Nexgen, satış şərtləri və qiymət təklifinə nəzərən yüksək emal keyfiyyətinə sahibdir və sizdən daimi yatırım tələb etmir.
Diod lazer epilyasiya cihazlarında lazer şüasını yaradan və ən bahalı hissə sayılan bar qurğusu Nexgen modelində karbon lenslərlə əhatə olunmuşdur. Bu, şüanın məsafədən belə tükü fokuslaya bilməsinə imkan yaradır. İri həcmli termoelektrik soyutma sistemi və yüksək su dövriyyəsi cihazda yarana biləcək qızma problemini tam aradan qaldırır. Bu xüsusiyyət həm salonlarda, həm də klinikalarda fasiləsiz prosedur imkanı yaradaraq böyük üstünlük təmin edir.
Diode, Alexandrite və Nd:YAG lazer dalğa uzunluqlarını özündə birləşdirən Nexgen, müxtəlif dəri tiplərinə və tük rənglərinə uyğunlaşaraq ən yüksək nəticələri təmin edir. Yüngül lehimli başlıq və sadə interfeys sayəsində istifadəçi cihazı tez mənimsəyir və rahatlıqla idarə edə bilir.
Müştərilər üçün təlimlər təşkil olunur, cihazın ölkənin istənilən bölgəsində ilkin quraşdırılması təmin edilir və düzgün istifadəsi barədə tam məlumat verilir. Cihazın mütəmadi yoxlanılması və istismar dövründə maksimal performansının qorunması üçün texniki xidmət göstərilir.
Zəruri ehtiyat hissələri və komponentlərin mövcudluğu təmin edilir. Cihazda yaranan hər hansı nasazlıq və ya texniki problem 48 saat ərzində texniki servis tərəfindən aradan qaldırılır. Həmçinin müştərilərə uzaqdan texniki dəstək xidməti təqdim olunur – zəng və ya video vasitəsilə köməklik göstərilir.
Nexgen modelinə AzCosmetics MMC tərəfindən 1 il rəsmi zəmanət təqdim olunur. Zəmanət müddəti bitdikdən sonra da müştərilərə uyğun qiymətlərlə texniki xidmət və ehtiyat hissələri təmin edilir.
Nexgen “Certification of Conformity” sertifikatına sahibdir və ölkə üzrə uyğunluğu təsdiqlənmişdir.